İspaniyanın paytaxtı Madriddə sürücü avtomobili Fələstinə dəstək yürüşü keçirən bir qrup velosipedçinin üzərinə sürüb.
Məlumata görə, hadisə zamanı beş nəfər yaralanıb.
Sürücü əvvəlcə qaçıb aradan çıxmağa çalışsa da, sonradan polisə gəlib. O, hər şeydə etirazçıların günahkar olduğunu və əvvəlcə onların hücum etdiyini bildirib. Qaçmağını isə guya onlardan uzaqlaşmağa çalışması ilə izah edib.
Mənbə: RİA Novosti “Telegram” kanalı
www.102info.az