Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəsə çağıran qətnamə qəbul edib.
Səsvermə dünya təşkilatının saytında yayımlanıb.
Qətnamənin lehinə 120 ölkə səs verib, 14-ü əleyhinə olub, 45-i isə bitərəf qalıb.
Məlumata görə, qətnamə İordaniya və daha 40 dövlət tərəfindən hazırlayıb. Sənəddə deyilir ki, BMT Baş Assambleyası Fələstin və İsrail vətəndaşlarına qarşı zorakılığı pisləyir. Həmçinin qətnamədə hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq təcili humanitar atəşkəsə çağırış edilir.

Mənbə: İzvestiya
www.102info.az