İranın Pakistan və Əfqanıstanla sərhədlərində 40 509 qeyri-qanuni əfqanıstanlı miqrant həbs edilib.
Bu barədə İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin sərhəd-mühafizə polisi komandiri Reza Şocai açıqlama verib.
Onun sözlərinə görə, əcnəbi vətəndaşlar ortaq sərhədlər vasitəsilə qeyri-qanuni yollarla İrana daxil olmağa cəhd ediblər.
R.Şocai sərhəd təhlükəsizliyinin qorunmasının onun sərhəd mühafizə qüvvələri üçün əsas prioritet olduğunu vurğulayıb.
Mənbə: IRNA
www.102info.az