Netanyahu: “İran HƏMAS-ın hərbi büdcəsinin 90%-ni təmin edir”

Dünya


“Fələstinin radikal HƏMAS təşkilatının hərbi büdcəsinin 90%-i İran tərəfindən təmin edilir”.

Bu bəyanatla İsrailin Baş naziri Binyamin Netanyahu çıxış edib.

“İran HƏMAS-ı dəstəkləyir. Düşünürəm ki, HƏMAS-ın hərbi büdcəsinin 90%-i İrandan gəlir. Tehran HƏMAS-ın fəaliyyətlərini maliyyələşdirir, təşkil edir, ona rəhbərlik edir”, – Netanyahu ölkənin müdafiə naziri Yoav Qalantın iştirakı ilə keçirilən birgə mətbuat konfransında deyib.

Eyni zamanda Netanyahu qeyd edib ki, İranın oktyabrın 7-də HƏMAS tərəfdarlarının İsrail ərazisinə hücumunun planlaşdırılmasında bilavasitə əli ola biləcəyi barədə heç bir məlumatı yoxdur.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir