Maykl Pens ABŞ-dəki prezidentlik yarışından geri çəkildi

Dünya


ABŞ-nin keçmiş vitse-prezidenti Maykl Pens seçki yarışında iştirakını dayandırmaq qərarına gəlib.

O, bunu Las-Veqasda (Nevada) çıxışı zamanı bildirib.

“Son altı ayda ölkəni gəzdikdən sonra buraya bunu demək üçün gəldim: Mənə aydın oldu ki, indi mənim vaxtım deyil. Mən bu gündən etibarən prezidentliyə namizədliyimi dayandırmaq qərarına gəldim”, – deyə Pens bəyan edib.

Xatırladaq ki, o, 2024-cü il seçkilərində prezidentliyə namizədliyini Respublikaçılar Partiyasından irəli sürmüşdü.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir