Türkiyə Qəzzada tezliklə atəşkəs əldə olunmasını zəruri hesab edir

Dünya


Atəşkəs və Qəzzada humanitar dəhlizin açılması İsraillə Fələstin arasında münaqişənin kəskinləşməsinin qarşısını alacaq.

Bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun TRT telekanalına müsahibəsində danışıb.

“Böhranın davam etməsi regionda sabitliyin pozulması riski daşıyır və onun hüdudlarından kənara da yayıla bilər. İndi əsas vəzifə tezliklə atəşkəs və Qəzzada humanitar dəhlizin açılmasıdır”, – deyə o, bildirib.

Altunun sözlərinə görə, buna BMT Baş Assambleyasının əvvəllər qəbul etdiyi qətnaməni ciddi şəkildə yerinə yetirməklə nail olmaq mümkündür.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir