“Beşiktaş” Kamerunlu ulduz futbolçu Vinsent Abubakar qarın ağrısı və yüksək hərarət səbəbiylə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Bu barədə klubun saytından 31 yaşlı mərkəz hücumçunun sağlamlıq durumu ilə bağlı verilən açıqlamada bildirilib.
Qeyd olunub ki, idmançı ötən gecəni Acıbadem Altunzade Xəstəxanasında keçirib.
“Abubakarın müayinə və müalicə prosesi davam edir”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, bu mövsüm “Beşiktaş”ın heyətində 18 rəsmi matçda forma geyinən Vinsent Abubakar 11 qol vurub, 3 məhsuldar ötürmə edib.
www.102info.az