Senator: “ABŞ bütün planetə pul göndərməklə iflas olacaq”

Dünya


“Bir neçə ölkəyə yardım etmək üçün milyardlarla dollar xərcləmək valyutanın və ABŞ-nin özünün mövcudluğunu təhdid altına alır”.

Bunu ABŞ-nin Kentukki ştatından olan respublikaçı senator Rend Pol deyib.

“İnsanlar unudurlar ki, biz özümüz borc götürməli və ya pul çap etməliyik. Çünki bizim pulumuz yoxdur. Deyərdim ki, ABŞ bütün planetə pul göndərməklə iflas edəcək. Belə bir ehtimal var ki, milli təhlükəsizliyimiz üçün ən böyük təhlükə dövlət borcudur. Keçən il biz bir trilyon dollar borc aldıq, bu da nəzarət edilməyən xərclərdir və buna görə də valyutamızın və bəlkə də ölkəmizin mövcudluğu risk altındadır”, – deyə Paul bildirib.

Digər ölkələrə silah və muzdluların tədarükü fonunda ABŞ-nin dövlət borcu artmaqda davam edir.

Qeyd edək ki, oktyabrın 1-də dövlət borcu 275 milyard dollar artıb.

Mənbə: Fox News

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir