Fələstinin radikal HƏMAS hərəkatı ərəb ölkələrindən və ideoloji cəhətdən maraqlı olan tərəflərdən dəstəyin az olmasından məyusdur.
Bunu HƏMAS-ın Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk deyib.
“Biz Hizbullaha və İordan çayının qərb sahilindəki həmkarlarımıza böyük ümidlər bəsləyirdik, lakin Fələstin administrasiyasındakı həmkarlarımızın məyusedici mövqeyi bizi narahat edir”, – deyə o bildirib.
Əbu Mərzuk, həmçinin qeyd edib ki, Fələstin administrasiyasının üzvləri və bəzi ərəb ölkələrinin nümayəndələri gizli şəkildə Qərbi HƏMAS-ı məhv etməyə çağırırlar.
Mənbə: Al Jazeera
www.102info.az