“Fələstinin radikal HƏMAS hərəkatına qarşı müharibə üçüncü mərhələyə qədəm qoyub”.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında bildirib.
“Birinci mərhələ – blokada başa çatıb. İkinci mərhələ onların havadan bombalanmasıdır, bu, həmişə davam edir. Üçüncü mərhələ – İsrail Müdafiə Ordusu Qəzza zolağına qurudan hücumunu genişləndirir.
Ordumuz metodik, mərhələli irəliləyişə nail olmaq üçün bunu səlis, çox güclü addımlarla edir”, – deyə Netanyahu Nazirlər Kabinetinin iclasında bildirib.
Bu barədə baş nazirin ofisinin “X” sosial şəbəkəsindəki hesabında deyilir.
“Biz müharibənin ən qızğın hissəsindəyik. Biz HƏMAS-ın hərbi və inzibati potensialını məhv etməyi qarşımıza dəqiq məqsəd kimi qoymuşuq. Biz bunu sistemli şəkildə edirik”, – deyə İsrailin Baş naziri qeyd edib.
Hökumət başçısı İsrailin girovların azad edilməsi üçün səylərini davam etdirdiyini bildirib və bu kampaniyanın vaxt aparacağını vurğulayıb.
Bununla belə, o, bu prosesdə maneələr, çətinliklər, itkilərin olacağını bildirib.
“Ancaq mən sizə bir şeyi söz verirəm: sonda HƏMAS məhv ediləcək. HƏMAS məğlub olacaq, bu, başqa bir Qəzza olacaq”, – deyə Netanyahu əlavə edib.
Mənbə: Interfax
www.102info.az