Azərbaycanın Kahramanmaraşda tikəcəyi mənzillərlə bağlı məsələlər müzakirə olunub – FOTO

Dünya


Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Türkiyəyə səfərə gedib.

“Report” xəbər verir ki, o, qardaş ölkənin çevrə, şəhərçilik və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki ilə görüşüb.

Görüşdə Azərbaycanın Kahramanmaraş şəhərində inşa edəcəyi mənzillərlə bağlı məsələlər müzakirə olunub.

M.Özhaseki səfərə və dəstəyə görə A.Quliyevə təşəkkür edib.

O bildirib ki, Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” şüarı ilə çiyin-çiyinə olmağa davam edəcək.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir