“Oktyabrın 28-də Mahaçqala hava limanında baş verən iğtişaşlar açıq-aşkar və idarəolunan antisemitizmdir”.
Bunu İsrail prezidenti İsxak Hersoq deyib.
“Bu, bütün hökumətləri narahat etməlidir, bu, açıq-aşkar antisemitizmdir və əlbəttə ki, bunu idarə edənlər var… Bu, iğtişaş kimi görünürdü. Tanrıya şükürlər olsun ki, hakimiyyət sonda bunun qarşısını aldı”, – deyə Hersoq Dağıstandakı iğtişaşları şərh edərkən bildirib.
O, bu hadisələrin şok və narahatedici olduğunu da qeyd edib.
Mənbə: Die Welt
www.102info.az