Avstraliya Futbol Federasiyası (FFA) 2034-cü ildə keçiriləcək dünya çempionatına evsahibliyi etmək üçün namizədliyini verməkdən imtina edib.
Bu barədə FFA rəsmi saytı vasitəsilə bəyanat yayıb.
Bildirilib ki, DÇ-2034-ü təşkil etmək imkanını araşdırdıqdan sonra buna ehtiyac duyulmayıb:
“Bütün amilləri nəzərə alaraq, 2034-cü ildə reallaşacaq mundial üçün ərizə göndərməmək qərarına gəldik”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2034-ə evsahibliyi etmək üçün rəsmi müraciət ünvanlayıb.
www.102info.az