FTB: “İran ABŞ rəsmilərinə sui-qəsdlər planlaşdırıb”

Dünya


İran hakimiyyəti iranlı dissidentlərə, həmçinin ABŞ-dəki keçmiş və indiki yüksək rütbəli rəsmilərə qarşı sui-qəsd planlaşdırıb.

Bunu ABŞ Konqresi Senatında keçirilən dinləmələrdə çıxış edən Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey deyib.

“Dünyada terrorizmin ən böyük sponsoru olan İran dövləti birbaşa və ya cinayətkarların cəlb edilməsi yolu ilə iranlı dissidentlərə, ABŞ-nın indiki və keçmiş yüksək rütbəli dövlət məmurlarına sui-qəsdlər planlaşdırıb. Bu əməllər o cümlədən ABŞ torpaqlarında da icra olunmalı idi”, – o iddia edib.

FTB direktoru bildirib ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsini nəzərə alaraq, rəhbərlik etdiyi qurum hadisələri diqqətlə izləyir və bunun ABŞ daxilində xarici aktorların fəaliyyətinə necə təsir göstərə biləcəyini təhlil edir.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir