Kamçatkada Klyuçevskoy vulkanı 14 kilometr hündürlüyə kül püskürdü – VİDEO

Dünya


Klyuçevskoy vulkanı 14 kilometr hündürlüyə qədər kül püskürüb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu xəbər yayıb.

Məlumata görə, kül şleyfi vulkandan 1500 kilometr məsafəyə qədər yayılıb.

Qeyd edək ki, vulkan Klyuçevskaya vulkanlar qrupuna aiddir. Kamçatka çayının sağ sahilində Klyuçi şəhərindən 30 kilometr, Petropavlovsk-Kamçatski şəhərindən 360 kilometr məsafədə yerləşir.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir