İsrail Müdafiə Ordusunun (SAXAL) Cəbəliyə qaçqın düşərgəsinin bombardmanı nəticəsində HƏMAS-ın əlində olan yeddi girov həlak olub.
Bu barədə “Əl-Qəssam Briqadası” hərəkatının hərbi qanadı xəbər yayıb.
Bildirilir ki, onlardan üçü əcnəbi olub.
Məlumata görə, hava zərbələri nəticəsində ümumilikdə 400 nəfər həlak olub və yaralanıb.
Daha sonra SAXAL-ın sözçüsü Riçard Hext HƏMAS komandirini məhv etmək cəhdi zamanı düşərgəyə zərbə endirilməsi faktını təsdiqləyib və mülki əhalinin ölümünü “müharibə faciəsi” kimi izah edib.
Mənbə: NTV
www.102info.az