İordaniya İsraildəki səfirini geri çağırdı

Dünya


İordaniya Fələstinin HƏMAS hərəkatı ilə qarşıdurmada yəhudi dövlətinin hərəkətlərinə etiraz olaraq İsraildəki səfirini geri çağırıb.

Bu barədə noyabrın 1-də İordaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayılıb.

Diplomatik qurumun rəhbəri Ayman əs-Səfədi qeyd edib ki, səfir yalnız Qəzza zolağında döyüşlər və humanitar böhran bitəndə qayıdacaq.

Nazirin sözlərinə görə, İsrail Xarici İşlər Nazirliyi də təhlükəsizlik tədbirləri ilə əlaqədar daha əvvəl İordaniyanı tərk etmiş nümayəndəsini Əmmana qaytarmamalıdır.

Mənbə: iz.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir