İsrail ordusu Livandan raket atılan əraziyə zərbə endirib

Dünya


İsrail hərbçiləri Livanda İsrail Müdafiə Ordusuna (SAXAL) məxsus pilotsuz uçan aparata (PUA) raket atılan əraziyə zərbələr endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bu gecə Livandan İsrail ordusunun PUA-sına “yer-hava” tipli raket atılıb. Buna cavab olaraq SAXAL raketi atan terror qruplaşmasına, eləcə də raketin buraxılış meydançasına zərbələr endirib. PUA zədələnməyib”, – deyə bəyanatda deyilir.

Ordunun mətbuat xidməti bildirib ki, Livandan da Har-Dov ərazisi və İsrailin şimalındakı Hermon dağları istiqamətində bir neçə raketin atılması qeydə alınıb, atılan mərmilər açıq ərazilərə düşüb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir