Rəsmi İrəvan ilk dəfə olaraq Kiyevin təşəbbüsü ilə Ukraynanın “sülh formulunu” təbliğ etmək üçün keçirilən toplantıda iştirak edib. Rusiya Xarici İşlər Nazirliyi bunu nümayişkaranə şəkildə anti-Rusiya jesti kimi qiymətləndirir.
Bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
“Təəssüf ki, Ermənistanın hazırkı rəhbərliyi israrla bizim müttəfiqlik münasibətlərimizi məhv edir”, – deyə o bildirib.
Mənbə: News.ru
www.102info.az