İsrail girovların azad edilməsi müqabilində Fələstinin HƏMAS radikal qruplaşmasının liderlərinə Qəzza sektorunu tərk etməyə icazə verə bilər.
Bu barədə “Yedioth Ahronoth” (YA) qəzeti öz mənbələrinə istinadla xəbər verib.
“HƏMAS-ın hərbi qanadının üzvlərinin, o cümlədən liderlərinin İsrailin razılığı ilə Qəzza zolağından bütün girovların azad edilməsi müqabilində canlarını xilas etməsi ehtimalı nəzərdən keçirilir”, – deyə İsrail nəşri yazır.
Bildirilir ki, HƏMAS-ın canlı qüvvəsi və infrastrukturunun məhvi illərlə uzana və böyük itkilərlə nəticələnə bilər, bu da İsraili hazırkı hərbi kampaniya üçün alternativ variantları nəzərdən keçirməyə məcbur edir.
www.102info.az