Roma Papası İsrail və Fələstinə çağırış etdi: “İki xalq, iki dövlət…”

Dünya


Roma Papası Fransisk dünyada “qaranlıq dövrün” gəldiyini bəyan edib.

O, münaqişələrin qızışmasına və qaranlıq zamanların gəlməsinə səbəb kimi hərbi sənaye və silahlanmanı göstərib.

Pontifik hesab edir ki, dünya müharibə vəziyyətindədir və bunun günahkarı gəlirli hərbi sənayedir.

Roma Papası, həmçinin İsrail və Fələstini dinc yanaşı yaşamağa çağırıb. Onun fikrincə, bütün məsələlərin həllinə dialoq vasitəsilə nail olunmalıdır.

“Müharibə – məğlubiyyətdir. İki xalq bir yerdə yaşamalıdır”, – deyə o qeyd edib.

Papanın sözlərinə görə, müdrik qərar verilməlidir və bu qərar “İki xalq, iki dövlət”dir.

Mənbə: MK.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir