“Əl-Cəridə”: “ABŞ Qəzzada müharibəni dayandırmasa, “Hizbullah” səfərbərlik elan edəcək”

Dünya


Livanın Hizbullah qruplaşması ABŞ-dən Qəzza zolağında döyüşləri dayandırmağı tələb edib.

Bu barədə Küveytin “Əl-Cəridə” qəzeti İran diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, “Hizbullah”ın tələbinin yerinə yetirilməsi üçün son tarix 3 noyabrdır.

Livan qrupunun lideri Həsən Nəsrullahın bu gün çıxışı planlaşdırılır.

Qeyd olunur ki, atəşkəs olmasa, o, ümumi səfərbərlik elan edəcək və bütün istiqamətlərdə İsrailə qarşı hərbi əməliyyatlara başlayacaq.

www.102info.az