Almaniyalı diyetoloq: “Darçın sağlamlığa müsbət təsir edir”

Dünya


Almaniyalı diyetoloq Andra Şmidt darçının insan orqanizminə xeyrindən danışıb.

“Darçın bir çox yeməklərə gözəl ətir verir. Amma deməliyəm ki, xoş qoxu və daddan əlavə, ədviyyat sağlamlığa müsbət təsir göstərir”, – deyə diyetoloq bildirib.

Həkimin fikrincə, darçın orqanizmi ürək-damar xəstəliklərindən qoruyur:  

“Gündə bir neçə qram darçın qanda LDL xolesterol və trigliseridin səviyyəsini azaldır”.

“Darçın həm də efir yağları və antioksidantlar sayəsində iltihab əleyhinə təsir göstərir. Ədviyyat həm də antispazmodik təsirə malikdir – o, meteorizmin qarşısını alır və mədə-bağırsaq pozğunluğunda kömək edir”, – həkim qeyd edir.

Nəhayət, darçın qan şəkərinin səviyyəsinə böyük təsir göstərir. Ona görə də darçından profilaktik məqsədlər üçün, həmçinin şəkər xəstəliyinin müalicəsində də istifadə olunur.

Mənbə: championat.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir