“Roma” A seriyasının XI turunun matçında öz meydanında “Leççe”yə 2:1 hesabı ilə qalib gəlib.
Hesabı 72-ci dəqiqədə qonaq komandanın futbolçusu Pontus Almkvist açıb. 90+1-ci dəqiqədə Sərdar Azmun romalıların heyətində debüt qolunu vurub, üç dəqiqə sonra isə Romelu Lukakunun dəqiq zərbəsi “Roma”ya qələbə qazandırıb.
Beləliklə, “Roma” A Seriyasında 17 xalla 8-ci, “Leççe” 13 xalla 11-ci pillədə qərarlaşıb.
www.102info.az