Avstraliyanın cənub-şərqindəki Viktoriya ştatında BMW markalı avtomobil restorana çırpılıb. Nəticədə restoranın müştərisi olan beş nəfər həyatını itirib.
Məlumatı ştatın polis administrasiyası yayıb.
Qeyd olunub ki, ölənlərdən biri altı yaşlı uşaqdır.
İnsident nəticəsində daha beş nəfər müxtəlif dərəcəli xəsarət alıb.



Mənbə: Nybreaking.com
www.102info.az