Quru əməliyyatı başlayandan Qəzza zolağında radikal HƏMAS hərəkatına qarşı döyüşlərdə həlak olan İsrail əsgərlərinin sayı 30-a çatıb.
Bu barədə İsrail Ordusunun Radiosu (GLZ Radio) məlumat verib.
Qeyd olunub ki, son 24 saat ərzində 401-ci zirehli batalyonunun 22 yaşlı çavuşu Şahar Kohen Mivtak həlak olub, İsrail ordusunun paraşütçü briqadasının 202-ci batalyonunun əsgəri isə ağır yaralanıb.
www.102info.az