İsrail ordusu HƏMAS-ın batalyon komandirlərini məhv etdi

Dünya


İsrail Müdafiə Qüvvələrinin döyüşçüləri Qəzza zolağında HƏMAS-ın xüsusi əməliyyatlarına cavabdeh olan Camal Musanı məhv edib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail ordusunun döyüşçüləri HƏMAS terror təşkilatı üçün xüsusi əməliyyatlara cavabdeh olan Camal Musa da daxil olmaqla bir neçə HƏMAS terrorçusunu məhv edib. Bundan əlavə, İsrail ordusunun əsgərləri HƏMAS-ın quru döyüşlərində batalyon komandirlərini öldürüblər”, – deyə məlumatda bildirilir.

Mənbə: TASS

www.102info.az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir