Ukrayna İrana məxsus “Shahed” pilotsuz uçuş aparatlarının (PUA) analoqunun kütləvi istehsalına başlayıb.
Bu barədə “Ukroboronprom”un baş direktoru German Smetanin bildirib.
Onun sözlərinə görə, artıq texnika Ukrayna Silahlı Qüvvələri tərəfindən sifariş olunub.
Smetanin onu da vurğulayıb ki, PUA-nın rekord uçuş məsafəsi təxminən 1000 km-dir.
“Bizdə “Shahed”in analoqu var, həmçinin daha güclü modellər var, çünki “Shahed”lər o qədər də uzağa uçmurlar”, – deyə “Ukroboronprom”un baş direktoru vurğulayıb.
Mənbə: “Ekonomiçeskaya Pravda” qəzeti
www.102info.az