Ermənistanda müxalifətin liderlərindən hesab olunan, “Milli demokratik qütb” Şurasının üzvü Jirayr Sefilyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.
Bu barədə sözügedən siyasi birliyin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sefilyan noyabrın 2-də haqqında məlumat verilən terror aktının hazırlanması ilə bağlı cinayət işi çərçivəsində istintaqa çağırılıb.
Qeyd edək ki, noyabrın 2-də Milli Təhlükəsizlik Xidməti hökumət binalarını partlatmağa və ələ keçirməyə hazırlaşan cinayətkar qrupu saxladığını bildirib.
Mənbə: Ermənistan KİV
www.102info.az