Türkiyənin turizmin paytaxtı olan Antalya şəhərində noyabr ayı olmasına baxmayaraq termometrlər 30 dərəcəni göstərib.
Çoxu turist olan minlərlə insan çimərliyə gələrək günəş vannası qəbul edib və dənizdə çimib.
Antalyada həftəsonu yağan güclü yağış səbəbindən çölə çıxa bilməyən vətəndaşlar bu gün yay havasını görüb təəccübləniblər. Noyabr ayı olmasına baxmayaraq, mövsüm normasından yüksək olan temperatur və 75 faizə çatan rütubətli hava şəraiti müşahidə olunub və şəhər çimərlikləri turistlərlə dolub.
“Hətta noyabr ayında belə dənizə girə bilirik. Deyəsən, yay ayları uzanır, dünən yağış yağırdı, amma bu gün yay havası var. Dörd fəsli eyni vaxtda yaşayırıq, amma əsasən qışı görmürük”, – deyə dənizdə dincələn vətəndaşlardan biri qeyd edib.
Mənbə: İHA
www.102info.az