Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin Rusiyada keçiriləcək iclasında iştirak etməyəcək.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan məlumat verib.
İclas noyabrın 8-də Rusiya Federasiyasının paytaxtında baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan MDB-nin Bişkek sammitində iştirak etməyiblər.
Mənbə: RİA Novosti
www.102info.az