Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı – MİT) İraqda həyata keçirdiyi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının rəhbərlərindən biri olan Tekoşin Cizreni zərəsizləşdirib.
Məlumatda qeyd olunur ki, zərərsizləşdirilən qadının kod adı Aişə Arslan olub və o, 2004-cü ildən PKK/YPG təşkilatının sıralarına daxil olub.
Qadın terrorçu İraqın Hakurk bölgəsində özünə qərargah qurmuş terrorçuların təşkilatlanmasına cavabdeh şəxs olub.
Mənbə: Haber Global
www.102info.az