Fələstinin radikal HƏMAS qruplaşmasının İsrailin cənubuna hücumu ömürboyu dini təhsil alan ultraortodoks yəhudiləri (haredim) silaha sarılmağa sövq edib. Onlara peyntbol tirində və xüsusi təchiz olunmuş yerlərdə təlimlər keçirilir.
Layihə rəhbəri Roni Ayalonun sözlərinə görə, icma üzvlərinin hərbi təcrübəsi yoxdur, ona görə də haredimlər yəhudilərə nifrət edənlər üçün ideal hədəf hesab olunurlar.
“Bu günə qədər biz təhlükəsizlik qüvvələrinə güvənirdik, lakin indi görürük ki, ən pis ssenariyə hazır olmalıyıq”, – deyə R.Ayalon vurğulayıb.
Mənbə: RT
www.102info.az