ABŞ-nin keçmiş prezidenti və milyarder Donald Tramp Ağ Evi tərk etdikdən sonra sərvətini 500 milyon dollar artırıb.
Məlumata görə, eks-prezidentin sərvəti 2021-ci ildəki 2,6 milyard dollarla müqayisədə hazırda 3,1 milyard dollar qiymətləndirilir.
Bildirilir ki, Trampın biznesi daşınmaz əmlak böhranı qarşısında dayanıqlı olduğunu sübut edib. Eks-prezidentin maliyyə vəziyyətinin “son onillikdəki istənilən vaxtdan” daha yaxşı olduğu təxmin edilir.
Mənbə: TASS
www.102info.az