İsrail Silahlı Qüvvələri ölkənin cənubunda apardığı əməliyyatlar zamanı Fələstinin HƏMAS hərəkatının döyüşçülərinin atıb getdiyi 400-dən çox intihar kəməri aşkarlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) bəyanatında bildirilir.
Məlumata görə, bundan əlavə, yüzlərlə odlu silah və qumbaraatan, o cümlədən 760 RPQ, 106 raket, 1,5 minə yaxın qumbara və 375 odlu silah da aşkar edilib.
www.102info.az