Almaniyanın Ksanten şəhəri yaxınlığındakı Fürstenberq təpəsində aparılan qazıntılar təxminən 100×100 metr ölçüsü olan sahədə böyük bir binanın bünövrəsi tapılıb.
Ehtimal olunur ki, bu, eramızın 69-cu illərində dağıdılmış Roma imperatorunun sarayının bünövrəsidir.
Qazıntılar zamanı əldə edilən məlumatlar bu yerdə “Vetera I” hərbi düşərgəsinin mülki yaşayış məskəni – yerli Roma legionunun ilk kastrumu olduğuna güman yaradır.



Mənbə: dw.com
www.102info.az