Birləşmiş Ştatlar Prezidenti Co Baydenin İllinoys ştatında çıxışı zamanı yaşanan hadisə mətbuatın diqqətindən yayınmayıb.
Belə ki, 80 yaşlı siyasətçi publika qarşısında nitq söyləyərkən zalda sanki kimsə yıxılıb.
Bu zaman Co Bayden dərhal çıxışını saxlayıb və replika verib: “Yaxşısınız? İstəyirəm jurnalistlər bilsinlər ki, bu mən deyildim”.
Qocaman siyasətçinin bu reaksiyası onu dinləyənlərin alqışı və gülüşləri ilə müşahidə olunub.
www.102info.az