ABŞ Prezidenti Co Bayden noyabrın 15-də Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşəcək.
Görüş Kaliforniya ştatının San-Fransisko şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutacaq.
Bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi məlumat verib.
“Bayden həqiqətən noyabrın 15-də San-Fransiskoda Çin Xalq Respublikasının Prezidenti (sədri) Si Cinpinlə görüşəcək”, – deyə yüksək rütbəli rəsmi brifinq zamanı qeyd edib.
Mənbə: Life.ru
www.102info.az