Suriya ilə sərhəddə yerləşən Ət-Tənf şəhərində ABŞ hərbi bazasına hücum edilib.
Bu barədə “İraq İslami Müqavimət” hərəkatının nümayəndəsi məlumat yayıb.
“İraq İslami Müqaviməti”nin döyüşçüləri amerikalı işğalçıların Suriyadakı Ət-Tənf bazasına pilotsuz uçuş aparatları ilə hücum edərək hədəfi vurublar”, – deyə qruplaşmanın bəyanatında bildirilir.
Mümkün itkilər, xəsarət alanlar və ya maddi ziyan barədə məlumat verilmir.
Qeyd edək ki, Fələstin-İsrail münaqişəsi kəskinləşdiyi bir vaxtda ABŞ-nin Suriya və İraqdakı hərbi bazaları raket və pilotsuz təyyarələrdən hücumlarına məruz qalıb. Verilən məlumata görə, oktyabrın 17-dən bu yana belə hücumların sayı 46-ya çatıb.
Mənbə: TASS
www.102info.az