Livandakı “Hizbullah” mövqelərinə və silah anbarlarına zərbələr endirildi

Dünya


İsrail Müdafiə Qüvvələri Livanın “Hizbullah” hərəkatının postlarına, silah anbarlarına, eləcə də Livan ərazisində kəşfiyyat infrastruktur obyektlərinə zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, aviasiyanın köməyi ilə həyata keçirilən bu zərbələr Livan ərazisindən İsrailə atılan raketlərə cavab olaraq endirilib.

“Məhv edilən terror hədəfləri arasında “Hizbullah” terrorçularının fəaliyyət göstərdiyi bir sıra terror obyektləri və hərbi postlar, silah anbarları və “Hizbullah”a məlumat toplamaqda və terrorizmi İsrailə qarşı yönəltməkdə kömək edən kəşfiyyat infrastrukturu var”, – deyə İsrail hərbçiləri bildiriblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir