Türkiyənin Karabük bölgəsində aparılan arxeoloji qazıntılar zamanı içində buğda, yem noxudu, ilişkən qatıqotu, həmçinin müxtəlif metal məişət əşyalarının qorunduğu küplər aşkar edilib.
Mütəxəssislər qeyd ediblər ki, aşkar edilən ərazinin tarixi Roma və Bizans dövrlərinə gedib çıxır.
Qeyd olunur ki, tədqiq edilən ərazi məskunlaşma yeri olub və tarixi 1 600 ilə qədər uzanır.
Mənbə: Haber Global
www.102info.az