İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirdiyini bildirib

Dünya


İsrail Müdafiə Ordusuna (SAXAL) məxsus qırıcı təyyarələr İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq Livanın “Hizbullah” hərəkatının bir neçə hərbi obyektinə zərbələr endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bu gün (İsrail ərazisinə) edilən hücumlara cavab olaraq, SAXAL döyüşçüləri Livandakı bir sıra “Hizbullah” terror obyektlərinə zərbələr endiriblər. Məhv edilən hədəflərə “Hizbullah”ın terror fəaliyyətlərini idarə etmək üçün istifadə etdiyi hərbi infrastruktur daxildir”, – deyə bəyanatda bildirilir.

Mətbuat xidməti həmçinin əlavə edib ki, SAXAL əsgərləri Dovev (yaşayış məntəqəsi) bölgəsində atəş açan terror qruplaşmasına zərbələr endiriblər, nəticədə bir neçə mülki şəxs yaralanıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir