Məxfi dosyeləri satmaqda şübhəli bilinən Fransa Daxili İşlər Nazirliyinin əməkdaşı həbsxanaya göndərilib.
32 yaşlı kişi Parisin 12-ci rayonundakı cinayət idarəsində polis briqadiri vəzifəsində çalışıb.
Onun işlədiyi müddətdə şifrələnmiş “Telegram” mesajlarından istifadə edərək yüzlərlə polis faylını satdığı bildirilir. Bu yolla o, qanunsuz olaraq bir neçə min avro qazanıb.
Müstəntiqlər polisin motivlərini ehtimal olunan qumar asılılığı ilə əlaqələndirirlər.
Hüquq-mühafizə orqanının əməkdaşı ilə bağlı istintaq hələ yanvarda başlayıb.
Hazırda həbsdə olan polis əməkdaşı “dövlət vəzifəsini tutan şəxs tərəfindən sənədləri saxtalaşdırma”, “aktiv korrupsiya” və “passiv korrupsiya” maddələri ilə ittiham olunur.
Mənbə: gazaeta.ru
www.102info.az