Rusiyalı futbolçu Aleksey Lesinin Soçidə ölüm səbəbi məlum olub.
Rusiya İstintaq Komitəsinin Krasnodar diyarı üzrə İstintaq İdarəsi yoxlamanın nəticələrinə əsasən idmançının boğulduğunu müəyyən edib. İdarə ehtiyatsızlıqdan adam öldürmə (Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsi) ilə bağlı cinayət işi açıb.
Noyabrın 8-də idmançının atası Sergey Lesin bildirib ki, müayinənin nəticələrinə görə, oğlu asfiksiyadan ölüb. Futbolçu komanda ilə karaoke-bara getməyə icazə verilmədikdən sonra o, təkbaşına gəzintiyə çıxıb.
“Bəlkə piyada gəzmək istəyib. Onu saat səkkiz radələrində tapıblar. Hətta onun sahildə uzandığı yerdə video da var. Bəlkə də dalğalar onu sahilə çıxarıb”, – deyə mərhumun atası əlavə edib.
30 yaşlı Lesinin öldüyü barədə daha əvvəl noyabrın 8-də məlum olub. Eyni zamanda, futbolçunun ölümündən bir neçə saat əvvəl komandası ilə birlikdə Adlerdə bara getdiyi, lakin şort geyindiyi üçün ora buraxılmadığı barədə bildirilib.
Qeyd edək ki, Lesin müxtəlif illərdə “Krılya”, “Çeboksarı”, “Ximik-Avqust”, LAVA və “Bomik” futbol komandalarında oynayıb.
Mənbə: lenta.ru
www.102info.az