Türkiyənin İsparta şəhərində yataqxanada qalan 117 qız tələbənin halı pisləşib.
Məlumata görə, onlar Süleyman Dəmirəl Universitetinin Şərq kampusunun Bədiüzzaman Səid Nursi yataqxanasında yaşayan tələbələr olublar.
İlkin tibbi yardım göstərildikdən sonra tələbələr yataqxanaya qayıdıblar.
Həkimlər onların zəhərləndiyini bildiriblər.
Qeyd edək ki, tələbələrin qidalandığı ərzaq və su nümunələri müayinə üçün götürülüb, Baş Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.
Mənbə: tele1.com.tr
www.102info.az