Novosibirskdə (Rusiya) 18-ci mərtəbədən yıxılan bir yaşlı uşaq sağ qalıb.
Bildirilir ki, uşaq yıxıldıqdan sonra yarım saat yerdə qalıb. Sonra yoldan keçən bir nəfər uşağı görüb və təcili yardım çağırıb.
Ehtimal olunur ki, körpə atası ilə çarpayıda uzanıb. Sonra o, pəncərəyə dırmaşmaq qərarına gəlib, pəncərəni açıb və yıxılıb.
İki hadisə şahidi 18-ci mərtəbədən nəyinsə düşdüyünü görsə də, buna məhəl qoymayıb.
Uşaq xəstəxanaya yerləşdirilib, hadisədən sonra onun vəziyyəti ilə bağlı məlumat verilməyib.
Mənbə: Lenta.ru
www.102info.az