Gürcü politoloq: “Ermənistana silah göndərmək Fransanın Cənubi Qafqaz regionuna yersiz müdaxiləsidir” – FOTO

Dünya


“Fransa növbəti dəfə bizim regiona müdaxilə edir, Ermənistana hərbi texnikalarını göndərir. Amma bunun heç bir əhəmiyyəti olmayacaq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında gürcü politoloq, “Artqaleri” telekanalının direktoru Tengiz Txilava söyləyib.

O qeyd edib ki, Ermənistan bu silahları əldə etsə də, Azərbaycana qarşı müharibəyə başlamağa cürət edə bilməz:

“İlk növbədə ona görə ki, Azərbaycan iqtisadi cəhətdən Ermənistandan dəfələrlə güclüdür. Bundan da hərbi güc ön plana çıxır. Digər tərəfdən Azərbaycan ilə Türkiyənin hərbi əməkdaşlığı var. Şuşa Bəyannaməsində də deyildiyi kimi, Ermənistanın Azərbaycana hücumu birbaşa Türkiyəyə hücum kimi qiymətləndiriləcək. Çox güman ki, Ermənistan bunu nəzərdən qaçırmayacaq”.

Politoloq hesab edir ki, Fransanın Ermənistana silah göndərməsinin arxasında başqa maraqlar var:

“Bu, həm də Rusiyaya qarşı yönəlmiş addımdır. Ermənistan Fransadan silah almaqla Rusiyaya demək istəyir ki, siz bizi yarı yolda qoydunuz, amma biz sizsiz də bacara bilərik. Fransadan silahlar alırıq, tərəfdaşlıq edirik”.

T.Txilava, həmçinin vurğulayıb ki, istənilən halda, Fransanın hərəkətinə heç cür haqq qazandırmaq olmaz.

Onun qənaətincə, bu, növbəti dəfə Fransanın regiona vaxtsız və yersiz müdaxiləsidir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir