Ermənistanın keçmiş müdafiə naziri və həyat yoldaşı haqqında araşdırma aparılır

Dünya


Ermənistanın baş prokurorluğu ölkənin keçmiş müdafiə naziri Vigen Sarkisyan və onun həyat yoldaşı Lusine Qalayyanla bağlı araşdırmaya başlayıb.

Bu barədə erməni KİV-də məlumat yayılıb.

Qeyd olunub ki, Ermənistan baş prokurorluğunun qanunsuz yolla əldə edilmiş əmlakın müsadirəsi üzrə departamentində eks-nazir və həyat yoldaşının qanunsuz yolla əldə edilmiş əmlakı ilə bağlı araşdırma gedir.

Vigen Sarkisyan və həyat yoldaşı İrəvanın ən bahalı ərazisində – Şimal prospektindəki binada fərqli və qonşu mənzillərdə qeydiyyatdadırlar. Bununla belə, onlar orada deyil, ABŞ-nin Massaçusets ştatının Belmont şəhərində 2022-ci ilin mayında 2 milyon 50 min dollara aldıqları fərdi evdə yaşayırlar.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir