Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan and içərək rəsmən Ermənistan parlamentinin müxalifətdəki “Hayastan” fraksiyasından deputatı olub.
Bundan əvvəl Levon Koçaryan polis əməkdaşlarını döyməkdə ittiham olunaraq həbsdə olarkən deputat mandatı alıb və qanunun gücü ilə həbsdən azad edilib.
Qeyd edək ki, Levon Koçaryan sentyabrın 22-də hökumət əleyhinə etiraz aksiyaları zamanı həbs edilib. Daha sonra o, polis əməkdaşları tərəfindən döyülüb, sonra xəstəxanaya yerləşdirilib. Paytaxt tibb mərkəzlərinin birində ona beyin silkələnməsi diaqnozu qoyulub. Lakin buna baxmayaraq, Koçaryan dörd polis əməkdaşını döyməkdə şübhəli bilinərək saxlanılıb.
Mənbə: TASS
www.102info.az