Qidamız saçımıza necə təsir edir – Diyetoloqdan məsləhət

Dünya


Gözəl və qalın saçlar bütün qadınların arzusudur. Təəssüf ki, müxtəlif səbəblərə görə saçları yaxşı vəziyyətdə saxlamaq çətin ola bilir.

Diyetoloq Viktoriya Smirnova saç tökülməsi ilə bağlı məsləhətlərini verib.

“Bədənimizdəki ən vacib elementlərdən biri zülaldır. Yaşlandıqca zülal tərkibli qidalara daha çox ehtiyacımız olur. Zülalla zəngin qidaların olmadığı pəhrizdə qəfil dəyişiklik saçların kəskin tökülməsinə səbəb ola bilər. Heyvan məhsullarını rasiondan çıxartmayın, heç olmasa quş əti yeyin”, – deyə diyetoloq bildirib.

Şəkərin bədən üçün nə qədər zərərli olduğunu söyləməyə yəqin ki, ehtiyac yoxdur. Artıq şəkərdən ilk əziyyət çəkənlər saç və dırnaqlardır. Mütəxəssisimizin dediyi kimi, belə bir vəziyyətdə bədən çox aktiv şəkildə insulin istehsal etməli olur. Viktoriya Smirnova qeyd edir:

“Qadınlarda yüksək şəkərli qidaların istifadəsi səbəbindən androgenlərin səviyyəsi artır və bu da çox vaxt saç tökülməsinə səbəb olur. Bu problemlə üzləşsəniz, makaron, qatılaşdırılmış süd və düyü istehlakınızı azaldın”.

Mütəxəssis deyir ki, bir çox insanlar günün ən vacib yeməyi olmasına baxmayaraq, səhər yeməyindən imtina edirlər:

“Səhər yeməyi bədəninizə gün ərzində enerji verir. Yeməyəndə bütün sistemə zərbə vurursunuz. Yemək yeməyə nə qədər gec başlasanız, vücudunuzun bunun öhdəsindən gəlməsi bir o qədər çətinləşir. Bütün qida maddələri orqan və sistemlərə vaxtında çatmır. Bu da dəri, saç və dırnaqlarda problemlərə səbəb ola bilir. B12 vitamini saçları oksigen və əsas fermentlərlə təmin edir və yeni follikulların yetişməsinə kömək edir. O daha çox mal əti, süd, dəniz məhsulları və pendirlərdə olur. Bir çox insanlar bu məhsullardan imtina etməklə saçlarına böyük ziyan edirlər”, – Smirnova deyib.

Mənbə: womanhit.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir